Modern.az

Azərbaycan banklarında pullar artdı - 61 milyard manata çatır

Azərbaycan banklarında pullar artdı - 61 milyard manata çatır

İqtisadiyyat

Bu gün, 10:36

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 940,4 milyon manat təşkil edib.

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,4 % çoxdur.

Bankların aktivlərinin 29 milyard 888 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 11,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47,2 %-dən 49 %-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7 % artaraq 53 milyard 294,8 milyon manata, o cümlədən depozit portfeli 6,4 % artaraq 39 milyard 743,7 milyon manata çatıb. Bunun 17 milyard 428,5 milyon manatı fiziki, 22 milyard 315,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 15,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 0,1 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 20 % azalaraq 0,4 milyon manat olub.

Sektorun balans kapitalı isə 10,1 % artaraq 7 milyard 645,6 milyon manat təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR