Modern.az

Bu qrupda keçid balların artacağı gözlənilir - RƏSMİ

Bu qrupda keçid balların artacağı gözlənilir - RƏSMİ

Təhsil

29 İyul 2026, 09:56

"IV ixtisas qrupunda müsabiqə vəziyyətinin yüksək olacağı gözlənilir".

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Burada əsasən tibb istiqaməti mühüm rol oynayacaq. Əsas müsabiqə 600-dən yuxarı bal toplayan abituriyentlər arasında olacaq. Daha aşağı bal toplayan abituriyentlər arasında da müəyyən dəyişikliklərin olacağı gözlənilir", - o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC