Modern.az

Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olundular - SİYAHI

Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olundular - SİYAHI

Təhsil

Bu gün, 11:45

Dövlət Proqramı üzrə 2026-2027-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) 22 məzunu xarici ali təhsil müəssisələrinə qəbul olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Mühəndislik Universitetindən (BMU) məlumat verilib.

Bildirilib ki, qəbul olunan məzunlardan 20-si magistr, 2-si isə doktorantura səviyyəsində təhsil alacaq.

Məlumata görə, BMU məzunlarından 14-ü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 6-sı Amerika Birləşmiş Ştatlarında, 1-i İtaliya Respublikasında, 1-i isə Finlandiya Respublikasında yerləşən nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq.

"Qəbul olunan məzunlar University of Cambridge, University College London (UCL), Columbia University, The University of Edinburgh, The University of Manchester, King's College London, University of Warwick, University of Glasgow, University of Helsinki, University of Pavia, Johns Hopkins University və digər nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər", - deyə məlumatda vurğulanıb. 

Qeyd olunub ki, qəbul olunan məzunlardan 17-si oğlan, 5-i isə qızdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR