2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin. Vətəndaşı tərəfindən ümumilikdə 1091 865 giriş qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən tədbirdə DMX-nin rəisi Vüsal Hüseynov bildirib.
“Ölkəyə ən çox səfər edən vətəndaşların mənsub olduğu dövlətlər Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və İrandır. Ümumilikdə ölkəyə giriş-çıxış 10% azalıb. Giriş-çıxış əsasən Körfəz ölkələrindən azalıb. Əksinə türk dövlətlərindən, Avropadan giriş çıxışda artım qeydə alınıb”,-deyə Xidmət rəisi qeyd edib