Modern.az

İraq Türkiyəyə gündə 1 milyon barel neft verəcək

İraq Türkiyəyə gündə 1 milyon barel neft verəcək

Dünya

Bu gün, 09:40

İraq hökuməti Türkiyəyə gündəlik neft ixracını 1 milyon barelədək artırmağı nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə İraqın Baş naziri Əli əl-Zaidi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi danışıqlardan sonra bildirib.

"Anadolu" agentliyinin xəbərinə görə, birgə mətbuat konfransında Ərdoğan bildirib ki, İraq tərəfi Türkiyəyə gündə 1 milyon barel neft tədarükü imkanını qiymətləndirir. Baş nazir Əli əl-Zaidi isə bu məlumatı təsdiqləyərək, "Bəli, doğrudur – 1 milyon" deyə bildirib.

Əli əl-Zaidi qeyd edib ki, onun Türkiyəyə ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, tərəflər enerji, nəqliyyat, təhsil, su ehtiyatlarının idarə olunması və Fars körfəzi ölkələrini İraq ərazisi vasitəsilə dünya bazarları ilə birləşdirəcək genişmiqyaslı "İnkişaf Yolu" (Development Road) nəqliyyat layihəsi üzrə əməkdaşlığı da müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin bir milyon nəfəri SƏFƏRBƏRLİYƏ ÇAĞIRIR: Rusiya ÇALXALANIR