Modern.az

Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO

Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO

Aktual

19 Fevral 2020, 12:29

Binə qəsəbəsində evlərdən və “PlayStation” salonlarından oğurluqlar edən xalaoğluları tutulublar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. 

 

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və onun xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. 

 

Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “play station” salonundan ümumilikdə, 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

 

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər