Modern.az

Salyanda avtomobillə vurulan piyada xəstəxanada öldü

Salyanda avtomobillə vurulan piyada xəstəxanada öldü

Hadisə

15 Mart 2020, 11:43

Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Modern.az  xəbər verir ki, hadisə ötən gecə şəhərdəki “Ay işığı” ticarət mərkəzinin qarşısında baş verib.

Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Hüseyn oğlu yolu keçmək istəyərkən onu “Mercedes” markalı minik avtomobili vurub. Yaralı Salyan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir