Arxiv
19 mart 2020, 11:16 | İQTİSADİYYAT
Azərbaycanda “Qarabağ” neft yatağı kəşf olundu

SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

 

Bildirilib ki, "Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazılıb. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Qarabağ” yatağı müstəqillik dövründə kəşf edilmış ilk neft yatağıdır. "Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Qiymətləndirici quyunun layihə dərinlıyinə müvəffəqiyyətlə, təhlükəsiz şəkildə və vaxtında çatdırılması SOCAR və “Equinor” şirkətlərinin birgə səmərəli səylərinin nəticəsidir. “Qarabağ” yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq. Yatağın adında Vətənimizin ürəyi olan Qarabağın əks olunması xüsusilə qürurvericidir”.

 

Xatıqladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

 

Caspian International Petroleum Company (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış “Qarabağ hasilatın pay bölgüsü sazişi”nə əsasən 3 kəşfiyyat quyusu qazmışdır. Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləmiş, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar etmişdir. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilmışdir.

 

2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışlar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

 

SOCAR və “Statoil” (“Equinor”) 1994-cü ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və Dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edirlər.        

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış tam şəkildə dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02