Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb.

 

Bu sosial çarxlar "Yaşlıları koronavirusdan qoruyaq!", "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?" və "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?" mövzularına həsr edilib.