Modern.az

Sülhəddin Əkbər: “Müsavat AXCP ilə birləşmək istəmir”

Sülhəddin Əkbər: “Müsavat AXCP ilə birləşmək istəmir”

23 Aprel 2012, 12:31

Müsavat Məclisinin keşmiş sədri bildirir ki, AXCP birləşmək istəsə də, Müsavat Partiyası buna müsbət baxmır

Son günlər KİV-də AXCP-Müsavat birləşməsi ilə bağlı mövzunun yenidən gündəmə gəlməsi birmənalı qarşılanmayıb. Bir sıra müşahidəçilər bu mövzunun yenidən ortaya atılmasını müxalifət düşərgəsində inteqrasiya prosesinin başlanğıcı və vahid qüvvə perspektivi ilə izah edirlər. Modern.az AXCP-Müsavat birliyini ilk olaraq dəstəkləyən və buna görə Müsavat Partiyasından istefa verən Sülhəddin Əkbərdən məsələyə münasibət öyrənib. 

Müsavat Partiyası Məclisinin keçmiş sədri Sülhəddin Əkbər AXCP ilə Müsavat birləşməsinin gələcək perspektivlərini şərh edərkən bir zamanlar gündəmdə olan AXCP-Müsavat birliyinin yaxın zamanlarda baş tuta bilməyəcəyini bildirib. O, yeni siyasi birliyin baş tutmamasında Müsavat Partiyasını ittiham edib:

“Birləşmə ilə bağlı AXCP qurultay səviyyəsində də öz qərarını verib. Amma Müsavat Partiyası rəhbərliyi tərəfindən bu məsələyə o qədər də müsbət baxılmır. AXCP ilə birləşmək  partiyada o qədər də gündəmdə deyil. Tərəflərdən birinin razılığı yoxdursa, hər halda yaxın perspektivdə birləşmənin baş tutması mümkün deyil”.

S.Əkbər hesab edir ki, AXCP-Müsavat birləşməsi Azərbaycanda demokratiyanın bərpasına yeni bir stimul verə bilər.

“Bilirsiniz ki, AXCP-Müsavat birləşməsi təklifini ilk dəfə irəli sürənlərdən biri mənəm. Həmin dövrdə mənim yanaşmam belə idi ki, Azərbaycanda avtoritarizmdən demokratiyaya keçmək istəyiriksə, bunun yeganə yolu xalq hərəkatıdır. Xalq hərəkatı üçün bütün demokratik qüvvələrin təşkilatlanmasına ehtiyac var. Bu təşkilati məsələni də AXCP və Müsavat Partiyalarının siyasi birliyindən yaranan qüvvə yerinə yetirə bilər. Bu baxımdan yaxınlaşma gec olsa da, mən bunu müsbət qiymətləndirirəm”-deyə S.Əkbər qeyd edib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü