Modern.az

Təəssüf ki, qaydalara diqqətlə riayət edilmir - Pərvin Kərimzadə  

Təəssüf ki, qaydalara diqqətlə riayət edilmir - Pərvin Kərimzadə  

Aktual

4 Aprel 2020, 16:23

"Bu gün kainatımız, eyzi zamanda ölkəmiz insanların sağlamlığını təhdid altına alan yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

 

Millət vəkili qeyd edib ki, tibbin, texnologiyaların inkişaf edərək pik həddə çatdığı bir dövrdə bəşəriyyət öz tarixi boyu ən ağır bəla ilə üzləşdi, infeksiyanın yayılması tamamilə nəzarətdən çıxdı.

 

"XXI əsrin bəlasına çevrilən virus üzündən dünya ölkələri bir-birlərinə qapılarını bağladı, iqtisadi əlaqələr məhdudlaşdırıldı, beynəlxalq tədbirlər təxirə salındı. Ən çətin sınaqlardan, təbii fəlakətlərdən, iqtisadi böhranlardan çıxış yolu tapan insanlar dünyaya meydan oxuyan bu qorxunc kabusun ağır sınağı qarşısında əlacsız qaldı.

 

Ölkəmizdə ilk gündən gözəgörünməz təhlükəli virusun koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülüb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsaslanan maarifləndirmə işləri davam etdirilir.

 

Azərbaycan dövləti tərəfindən vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması baxımından vaxtında atılan qətiyyətli addımların, səhiyyə xidmətlərinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olmasının nəticəsidir ki, ölkəmizidə koronavirusa yoluxmalar minimum həddədir.

Təəssüflər olsun ki, bəzən ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilmədiyinin şahidi oluruq. Unutmayaq ki, görülən bütün təxirəalınmaz tədbirlərlə yanaşı hər birimiz üzərinə vətəndaşlıq məsuliyyəti düşür. Bu gün bizin 1 nömrəli vəzifəmiz təlimatlara tam əməl etmək, ölkə Prezideni İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə dəstək olmaq, sərhəd tanımayan COVID-19 infeksiyasına qarşı birlikdə mübarizə aparmaq olmalıdır.

Düşünürəm ki, bir nəfər kimi mövcud təlimata uyğun hərəkət edərək evdə otursaq, sosial izolyasiya qaydalarına riayət etsək təkcə özümüzün, ailəmizin, doğmalarımızın deyil, cəmiyyətimizin üzvlərinin səhhətini qorumuş olar, ən başlıcası dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alarıq.

Bir halda ki, ilə bu gözəgörünməz bəladan qorunmağın çıxış yolu, müəyyən zaman ərzində evdə qalmaq, zərurət olmadıqda bayıra çıxmamaqdır, gəlin, pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərək.

İnanıram ki, hər zaman milli birlik nümayiş etdirən hər bir Azərbaycan vətəndaşı koronavirusla bağlı mübarizədə də həmrəylik nümayiş etdirərək, ölkəmizi qlobal pandemiya təhlükəsindən qoruyacaq", - deyə deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir