Arxiv
5 Aprel 2020, 13:18 | AKTUAL
ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

Koronavirus pandemiyasının ölkəmizdə yaratdığı təhlükədən qorunmaq məqsədilə ADA Universitetinin akademik heyəti tədris ocaqları üçün xüsusi yaradılmış "Blackboard Collaborate" platforması vasitəsilə onlayn tədris metoduna keçib.

 

Modern.az xəbər verir ki, "Blackboard Collaborate" platforması eyni zamanda 1 000-dən çox tələbəyə e-dərslərə qoşulmaq, müəllimlərlə virtual forum və müzakirələr vasitəsilə ünsiyyət qurmaq, dərslə bağlı suallarını ünvanlamaq və tapşırıqları onlayn yerinə yetirmək kimi imkanlar təqdim edir.

 

Tapşırıqların qiymətləndirilməsi və davamiyyətin aparılması da bu sistem vasitəsilə həyata keçirilir. Tələbələr akademik cədvələ uyğun olaraq istənilən mobil cihazdan istifadə edərək tədris prosesi və akademik göstəriciləri ilə bağlı yenilikləri izləyə bilirlər.

 

Tələbələrin dərsləri təkrar izləməsi üçün videomühazirələr yazılır və bulud serverlərdə arxivə yerləşdirilir. Universitetin xarici tələbələri və mübadilə proqramlarından geri dönmüş azərbaycanlı tələbələr də onlayn dərslər vasitəsilə təhsillərini davam etdirirlər.

 

Universitet rəhbərliyi dərslərin keyfiyyətinin artırılması üçün dərslərə qoşularaq monitorinqi həyata keçirir. "Blackboard Collaborate" platforması dekanlara həftəlik icmal hesabatlar hazırlayır və bu hesabatlar akademik heyətin keçirdiyi mütəmadi videoiclaslar vasitəsilə müzakirə edilir.

 

"Blackboard Collaborate" platforması artıq iki həftədən çoxdur ki, uğurla sınaqdan keçib, tələbələrin canlı onlayn dərslərə cəlb olunmasını təmin edib.

 

Qeyd edək ki, ADA Universiteti 2017-ci ildən etibarən dünyanın 1 400 universitetinin istifadə etdiyi “Banner” tələbə məlumatı sistemindən və 2018-ci ildən etibarən "Blackboard" tədrisin idarəedilməsi sistemindən istifadə edir. 2019-cu ildə təsis olunmuş ADA Məktəbi də bu elektron platformalardan istifadə edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belarus hökuməti istefaya göndərildi 3 İyun 2020, 20:57 “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 3 İyun 2020, 20:44 “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb” - Prezident 3 İyun 2020, 20:35 Qadağalar bəzi kəndləri də əhatə edəcək   3 İyun 2020, 20:24 Neftçalada ağır qəza: xəsarət alanlar var 3 İyun 2020, 20:10 Operativ Qərargah mətbuata da məhdudiyyət qoyacaq 3 İyun 2020, 20:06 Sərhədlər nə vaxt açılacaq? - Operativ Qərargah AÇIQLADI 3 İyun 2020, 19:59 İmtahanların vaxtı dəyişdirilə bilər 3 İyun 2020, 19:57 Azərbaycanda işsizlərə yenidən 190 manat verilə bilər 3 İyun 2020, 19:53 Dövlət qurumlarında çalışanlar 3 növbədə işdən buraxılacaq 3 İyun 2020, 19:51 Qaydalara əməl edilmədikcə, sərtləşdirmə davam edəcək - İbrahim Məmmədov 3 İyun 2020, 19:46 Baş Nazir sabah qərar verəcək 3 İyun 2020, 19:42 Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ 3 İyun 2020, 19:38 Metroda xuliqanlıq edən 5 nəfərə cinayət işi AÇILDI 3 İyun 2020, 19:37 Test nəticəsi pozitiv çıxanlar xəstəxanalara yerləşdirilir - TƏBİB sədri 3 İyun 2020, 19:36 Karantin rejimində yeni QADAĞALAR - SMS icazə geri qayıdır 3 İyun 2020, 19:32 3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək 3 İyun 2020, 19:27 Sumqayıt Xəstəxanası da koronaviruslu xəstələr üçün AYRILDI 3 İyun 2020, 19:20 Pandemiyanın ikinci mərhələsindəyik - RƏSMİ 3 İyun 2020, 19:17 Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA 3 İyun 2020, 19:11 Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR 3 İyun 2020, 19:04 Operativ Qərargahda brifinq keçirilir - Canlı 3 İyun 2020, 19:03 Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu - YENİLƏNİB 3 İyun 2020, 18:55 Prezident Ağcabədidə daha bir AÇILIŞDA 3 İyun 2020, 18:51 İlham Əliyev avtomobil yolunu yenidənqurmadan sonra istifadəyə verdi - YENİLƏNİB 3 İyun 2020, 18:46 Prezident icra başçısına irad BİLDİRDİ 3 İyun 2020, 18:40 Nazirlik yoxlama apardı - 2785 obyektdə nöqsan aşkarlandı: “Araz market”, “Dokta Aptek”, “Bazar Store”... 3 İyun 2020, 18:33 UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub 3 İyun 2020, 18:21 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı 3 İyun 2020, 18:14 Bərdədə su kanalına atılan heyvan leşləri məhv edildi 3 İyun 2020, 18:12 ABŞ Çin təyyarələrinin uçuşuna qadağa qoyacaq 3 İyun 2020, 18:11 Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar   3 İyun 2020, 18:10 Bu hakimlər barədə ən sərt tədbirlər görüləcək 3 İyun 2020, 18:07 Azərbaycan hərbçiləri Moskvada hərbi paradda iştirak edəcəklər 3 İyun 2020, 18:03 Prezident taxıl zavodunun açılışını etdi 3 İyun 2020, 18:00