Modern.az

Binəqədidə online şura iclası keçirilib 

Binəqədidə online şura iclası keçirilib 

5 May 2020, 17:50

Binəqədi rayonunda 2020-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş online şura iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Online keçirilən iclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib.

 

BRİH başçısı Elxan Allahverdiyev pandemiyanın ilk günlərindən etibarən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülmüş qabaqlayıcı tədbirlərdən bəhs edib.

 

E.Allahverdiyev ölkə başçısı İlham Əliyevin sərəncamı ilə cari ilin əvvəlində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığını vurğulayıb. Natiq pandemiya ilə mübarizə sahəsində ölkə Prezidentinin verdiyi qərarların, onun təşəbbüsü və rəhbərliyi ilə operativ olaraq həyata keçirilən qabaqlayıcı və effektiv tədbirlərin koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Binəqədi rayonunda da pandemiyanın qarşısının alınması istiqamətində mütəmadi və təxirəsalınmaz dezinfeksiya işlərinin aparıldığını qeyd edib.

 

Daha sonra gündəlikdə duran digər mühüm (Kargüzarlıq qaydalarına düzgün riayət edilməsi, vətəndaş müraciətlərinə daha həssas yanaşılması, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməməsi, Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərə paylanılan sovqatların çatdırılması işinin daha səmərəli təşkili) məsələlər ətrafında geniş müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi