Arxiv
12 May 2020, 12:32 | İQTİSADİYYAT
Azərbaycanda daha iki bank BAĞLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.

 

AMB-dən Modern.az-a verilən məlumata görə, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib:

 

 “Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib”. Rəsmi məlumata görə, bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib, müvafiq qiymətləndirmələr aparılıb:

 

 ““NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunub, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilmişdir ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib. “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu”.

 

Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub:

 

“Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək”.

 

Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunub, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilib. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılıb və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir.

 

Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaq. Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müğənni yeni adaya sahibləndi 26 Sentyabr 2020, 21:37 İranda kütləvi dini tədbirlər qadağan edildi 26 Sentyabr 2020, 21:24 Böyük Britaniya ÜST-yə maliyyə dəstəyini 30 faiz artırır 26 Sentyabr 2020, 21:11 Göyçayda ər arvadını bıçaqladı 26 Sentyabr 2020, 20:57 Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO 26 Sentyabr 2020, 20:46 Prezidentə qarşı sui-qəsd 26 Sentyabr 2020, 20:34 "Səbail" və "Sabah" matçından sonra insident yaşandı 26 Sentyabr 2020, 20:23 Avropa Birliyinin enerji təhükəsizliyi üçün ən böyük zərbə - Deputat yazır 26 Sentyabr 2020, 20:09 Baş nazirin müavini cəbhə xəttinə yollandı 26 Sentyabr 2020, 20:00 “Payız-qış mövsümü problem yarada bilər” - TƏBİB rəsmisi 26 Sentyabr 2020, 18:40 Gürcüstan Müsəlmanları İdarəsinin müftisi İSTEFA VERDİ 26 Sentyabr 2020, 18:25 Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı 26 Sentyabr 2020, 18:12 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu 26 Sentyabr 2020, 18:00 Orxan Quluzadədən ata yurdunun işğal gününə həsr olunmuş Qarabağ - Zəfər layihəsi - VİDEO 26 Sentyabr 2020, 17:54 İmişli və Tərtər sakinlərindən ov tüfəngləri götürüldü 26 Sentyabr 2020, 17:48 “Təmiz sahil, təmiz Xəzər” devizi ilə təmizlik aksiyası keçirildi - FOTOLAR 26 Sentyabr 2020, 17:40 Bakıda 553 küçə dezinfeksiya olundu - FOTO 26 Sentyabr 2020, 17:33 İctimai nəqliyyatda kart sistemi bütün ölkə üzrə tətbiq olunacaq - Nazirlik 26 Sentyabr 2020, 17:25 COVID-19 qurbanlarının sayı 1 milyona çatır 26 Sentyabr 2020, 17:17 Ərdoğandan “Mavi Vətən” mesajı 26 Sentyabr 2020, 17:08 “Qarabağ”ın “Legiya” ilə oyun üçün iştirak ərizəsi 26 Sentyabr 2020, 17:00 Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçdi 26 Sentyabr 2020, 16:54 Goranboyda ağır qəza - ölən var 26 Sentyabr 2020, 16:46 Bir ailənin 3 üzvünü bıçaqlayanlar saxlanıldı 26 Sentyabr 2020, 16:38 Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO 26 Sentyabr 2020, 16:30 Daha 10 şagird və 2 təhsil işçisi koronavirusa YOLUXDU 26 Sentyabr 2020, 16:22 Bakıda qəza sıxlığa səbəb oldu - FOTO 26 Sentyabr 2020, 16:15 Sərhəddən tapança keçirmək istədilər - FOTO 26 Sentyabr 2020, 16:08 Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO 26 Sentyabr 2020, 16:00 Prezident Çin Xalq Respublikasının Sədrini təbrik etdi 26 Sentyabr 2020, 15:52 Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 26 Sentyabr 2020, 15:45 DTX əməliyyat keçirdi - həbs olunanlar var - VİDEO 26 Sentyabr 2020, 15:38 Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 26 Sentyabr 2020, 15:30 Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi 26 Sentyabr 2020, 15:23 Ali məktəblərin və kolleclərin boş qalan yerlərinə qəbul başladı 26 Sentyabr 2020, 15:17