Modern.az

Tanınmış şirkətə yeni mətbuat katibi TƏYİN EDİLDİ

Tanınmış şirkətə yeni mətbuat katibi TƏYİN EDİLDİ

Media

14 May 2020, 08:47

Azərbaycanın inşaat sektorunda tanınmış şirkətlərdən olan "Azəraqrartikinti" ASC-ə yeni mətbuat katibi təyin edilib.

Modern.az xəbər verir ki, bu vəzifəyə jurnalist Teymur Mahmudov təyin olunub.

“Bu məsul vəzifəyə təyin olunmağıma etimad göstərdikləri üçün "Azəraqrartikinti Açıq tipli Səhmdar  cəmiyyətinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Qarşıda böyük məsuliyyət tələb edən vəzifələr dayanır",- deyə T.Mahmudov bildirib.

 
Teymur Mahmudov əvvəllər "Panorama" qəzeti (1996-1998), ANS TV (1999), STV Türkiyə (1999-2002 ), "Yeni Yüz İl" qəzetində (2002) jurnalist kimi fəaliyyət göstərib, Xətai rayon İcra Hakimiyyətinin humanitar şöbədəsində böyük məsləhətçi, Xətai rayon Mədəniyyət Mərkəzində direktor (2003-2010) və Yasamal rayon İcra Hakimiyyətində çalışıb. Son olaraq "Kristal Beton"un Binəqədi filialının direktoru olub.


A.Qorxmaz

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir