Modern.az

Binəqədi Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib - FOTO

Binəqədi Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib - FOTO

14 May 2020, 15:14

Binəqədi Rayonunda, prezident İlham Əliyevin “01-13” May 2020-ci il tarixlərində keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə “Məlumat saatı” formatında  videomüşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə  inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib.

 

Açılış Nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev prezident İlham Əliyevin gərgin fəaliyyətinin təzahürü olaraq ölkəmizdə COVİD 19 pandemiyasına qarşı aparılan mübarizənin öz bəhrəsini verdiyini bildirdi.Natiq pandemiya dövründə bir çox ölkələrdə iqtisadi böhranın yarandığına baxmayaraq respublikamızda heç bir sosial layihənin dayandırılmadığını,cənab İlham Əliyevin göstərişi ilə aztəminatlı ailələrə dövlət qayğısının davam etdirildiyini qeyd etdi. E.Allahverdiyev son günlərdə vəzifə səlahiyyətlərindən öz mənafelərinə uyğun istifadə edən şəxslərin qanunla cəzalandırılmasının ölkə başçısının qarşıya qoyduğu tapşırıqların icrasında hər kəsin şəffaf olunmalı olduğunun sübutu olduğunu bildirdi.Elxan Allahverdiyev  qeyd etdi ki, cənab Prezidentin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirləri, həyata keçirilən layihələr haqqında məlumatları biz hamımız ətraflı öyrənməliyik və əhaliyə çatdırılmalıyıq.

 

Hesabat məruzəsi ilə çıxış edən A.Əliyeva ötən həftə ərzində ölkə başçısının mühüm görüşlərdə iştirak etdiyini, eyni zamanda vacib fərman və sərəncamlar imzaladığını bildirdi. A.Əliyeva ölkə başçısının iştirakı ilə ( Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü, Sumqayıtda “Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin və Modul tipli ilk xəstəxana kompleksinin açılış mərasimləri, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarının ziyarət edilməsi, Azərbaycan Respublikasının yeni Baş Prokurorunun və Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni başçısının videoqəbulu) keçirilən bütün tədbirlərdə və görüşlərdə İlham Əliyev tərəfindən mühüm mesajların, tapşırıq və tövsiyyələrin verildiyini qeyd edib.

 

Aygün Əliyeva ölkə başçısının təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün ölkə başçısının beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisi olduğundan bəhs edib.

 

Natiq Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevlə keçirilən videoqəbullar zamanı onların qarşısına qoyulan bütün tapşırıqların, qeyd etdilən iradların hər bir dövlət məmuru üçün vacibliyindən danışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?