Arxiv
21 May 2020, 17:40 | HADİSƏ
Baş Prokurorluq yeni təyinatlarla bağlı AÇIQLMA yaydı

Baş Prokurorluq yeni təyinatlarla bağlı məlumat yayıb.

 

Qurumun mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 21 may 2020-ci il tarixli Sərəncamlarla Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərov tutduqları vəzifədən azad ediliblər.

 

Dövlət başçısının imzaladığı digər sərəncamla Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə onlara “Əməkdar hüquqşünas” fəxri adı verilib.

 

Dövlət başçısının imzaladığı sərəncamlarla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

 

Elçin Məmmədov 1993-cü ildən prokurorluq orqanlarında işləyir. O, Azərbaycan Nəqliyyat prokurorluğunda böyük müstəntiq və şöbə prokuroru, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror-kriminalist, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Gəncə şəhər prokurorunun müavini və Lənkəran rayon prokuroru vəzifələrində çalışıb.

 

Elmar Camalov 1992-ci ildən prokurorluq orqanlarında işləyir. Respublika Hərbi Prokurorluğunda baş müstəntiq, 2000-2005-ci illərdə Vergilər Nazirliyində məsul vəzifələrdə, 2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Baş Prokurorluğun idarə rəisinin müavini, Baş prokurorun böyük köməkçisi, Şəki rayon və Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.

 

Nazim Rəcəbov 1989-cu ildən prokurorluq orqanlarında işləyir. O, Qazaxıstan Prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat, Kadrlar və Dövlət ittihamının müdafiəsi üzrə idarələrində prokuror, prokuror-metodist və böyük prokuror, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində çalışıb. 2015-ci ildə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyir.

 

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılıb.

 

Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir 6 İyun 2020, 12:20 Yunanıstan Türkiyə ilə müharibəyə hazır olduğunu BƏYAN ETDİ 6 İyun 2020, 12:18 ABŞ-dan Belarusa göndərilən ilk neft tankeri Litva portuna çatıb  6 İyun 2020, 12:15 “Quş qoyuramsa, pul verməlisən” – Məşhur sovet şairinin məktəbli ilə gülməli əhvalatı 6 İyun 2020, 12:05 Ali məktəblərə sənəd verənlərin sayı AÇIQLANDI 6 İyun 2020, 12:02 Mikayıl Müşfiq haqda sirlər 50 il sonra açıldı - Nadir VİDEO 6 İyun 2020, 11:45 Bakı polisi küçələrdə çağırış edir - VİDEO 6 İyun 2020, 11:45 Karantin xəstəxanasının həkimindən vətəndaşlara müraciət: “Artıq bu xəstəlik yaşa baxmır” - VİDEO 6 İyun 2020, 11:38 Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır - FOTO+VİDEO 6 İyun 2020, 11:28 “Sizi narahat edən sovet poeziyasının marşalıdır” - Səməd Vurğunla bağlı ƏHVALATLAR 6 İyun 2020, 11:20 Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 147 milyon manatdan çox pul ödənilib - Nazirlik 6 İyun 2020, 11:15 İTBAŞI (5-ci bölüm) 6 İyun 2020, 11:08 Alın yazısı 6 İyun 2020, 11:00 “Elə bilirsiniz pulum qurtarıb?” - Xalq şairi Qabil haqqında LƏTİFƏLƏR 6 İyun 2020, 11:00 Balakəndə 1200 kq narkotik vasitə məhv edildi 6 İyun 2020, 10:59 Ermənistanda yoluxma sayı 12 mini keçdi 6 İyun 2020, 10:53 Tarixdə iz qoyanlar: Azərbaycanın Ermənistana göndərdiyi ilk DİPLOMAT… 6 İyun 2020, 10:50 Gəncədə sərt karantin qaydalarını pozan çörək sexi aşkarlandı - FOTO 6 İyun 2020, 10:50 Neft yenidən bahalaşdı 6 İyun 2020, 10:45 Koronavirusun müalicəsinə kömək edən preparat 6 İyun 2020, 10:35 Həyətində çətənə becərən şəxs TUTULDU 6 İyun 2020, 10:29 Bakıda altı nəfər köməksiz qaldı 6 İyun 2020, 10:22 Marketlərdə çörək tapmayanların NƏZƏRİNƏ... 6 İyun 2020, 10:13 Firəngiz Mütəllimovanın sevgi ETİRAFLARI: “İki dəfə ayrıldıq, təzədən barışdıq...” - MÜSAHİBƏ 6 İyun 2020, 10:06 Ərinin boğazını kəsən qadının məhkəməsi başladı 6 İyun 2020, 10:00 Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək 6 İyun 2020, 09:50 “Unikal” qəzeti və “Unikal.org” portalı 10 yaşına çatdı 6 İyun 2020, 09:40 Cəbhədə gərginlik: Düşmən mövqelərimizə 24 atəş zərbəsi endirib 6 İyun 2020, 09:30 Yanacaqdoldurma məntəqəsində yanğın olub 6 İyun 2020, 09:23 Qadağadan sonra Bakı küçələri boşaldı - Fotolar 6 İyun 2020, 09:11 ABŞ-da təyyarə qəzasında 5 nəfər ölüb 6 İyun 2020, 09:00 Ramiz Mehdiyev Nadir şahdan YAZIB - Bir qətlin TARİXÇƏSİ 6 İyun 2020, 08:48 Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34