Modern.az

Tramp: “Hindistanla Pakistan arasında münaqişəni dayandırdıq”

Tramp: “Hindistanla Pakistan arasında münaqişəni dayandırdıq”

Dünya

31 İyul 2026, 23:25

ABŞ Prezidenti Donald Tramp Hindistanla Pakistan arasında mümkün müharibənin qarşısını tarif təhdidləri ilə aldıqlarını iddia edib.

Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

ABŞ liderinin sözlərinə görə, hər iki ölkəyə müharibəyə başlayacaqları təqdirdə onlara qarşı 250 faizlik gömrük rüsumları tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

“Mən dedim ki, əgər müharibəyə başlasanız, hər birinizə qarşı 250 faizlik tariflər tətbiq edəcəyik. Onlar qışqırır, etiraz edir və çox qəzəbli idilər. Sonra isə zəng edib müharibəyə başlamayacaqlarını dedilər”, – Tramp bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə