ABŞ-ın maliyyə naziri Skott Bessent İranda maliyyə vəziyyətinin ciddi şəkildə pisləşdiyini iddia edib.
Modern.az xəbər verir ki, Bessent bununla bağlı açıqlamasında ABŞ-ın İrana qarşı iqtisadi təzyiq siyasətinin nəticələrindən danışıb.
Onun sözlərinə görə, bu proses 2025-ci ilin mart ayında başlayıb və həmin ilin dekabrında İranın ən böyük bankı fəaliyyətini dayandırıb.
“Biz bu prosesi 2025-ci ilin martında başladıq. 2025-ci ilin dekabrında İranın ən böyük bankı çökdü. Mərkəzi Bank pul çap etməyə məcbur qaldı ki, bu da inflyasiyaya səbəb oldu. Hazırda onlar artıq öz hərbi qüvvələrinin maaşlarını ödəyə bilmirlər”, – deyə ABŞ maliyyə naziri bildirib.