Modern.az

Tramp: “İrana qarşı məqsədimiz sadəcə qalib gəlməkdir”

Tramp: “İrana qarşı məqsədimiz sadəcə qalib gəlməkdir”

Dünya

Bu gün, 03:01

ABŞ Prezidenti Donald Tramp İran, Qəzza zolağında əldə olunan razılaşma və Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı açıqlamalar verib.

Modern.az xəbər verir ki, Tramp ilk olaraq İrana münasibətdə ABŞ-ın mövqeyindən danışıb.

“Biz sadəcə qalib gəlmək istəyirik. Hazırda hər şey çox yaxşı gedir. Mümkün olduğu qədər yumşaq davranmağa çalışırıq, amma onları məhv edirlər. Onlara çox güclü zərbələr endirəcəyik. Elə bir məqam gələcək ki, onlar ‘artıq buna dözə bilmirik’ deyəcəklər”, – ABŞ prezidenti bildirib.

Tramp Qəzza ilə bağlı əldə olunan razılaşmanı da şərh edib. Onun sözlərinə görə, İsrail bu prosesdə fəal iştirak edib və konstruktiv mövqe nümayiş etdirib.

“İsrail bundan çox razıdır. Onlar bizə kömək etdilər. Heç kim HƏMAS-ın tərksilah olunması ilə bağlı belə bir razılaşmanın mümkün olacağını düşünmürdü. Bu, İrana münasibətdə əldə etdiyimiz böyük uğurların göstəricisidir. Dörd-beş ay əvvəl belə bir razılaşma mümkün deyildi. Bu, Yaxın Şərq üçün böyük addımdır”, – Tramp qeyd edib.

ABŞ lideri Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsinə də toxunaraq qabaqcıl hərbi texnologiyaların paylaşılmasının risklər daşıdığını vurğulayıb.

“Kiməsə qabaqcıl silahlarımızı istehsal etməyə icazə verərkən çox ehtiyatlı olmalıyıq. Bu texnologiyaları vermək asan deyil. Texnologiyanı ötürdüyünüz tərəf sonradan sizə qarşı da çevrilə bilər. Buna görə çox diqqətli olmalıyıq”, – deyə Tramp bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə