ABŞ-nin Kaliforniya ştatında beşinci nəsil F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı "Miramar" hərbi hava bazasının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Dəniz Piyadaları Korpusunun F-35B təyyarəsinin iştirakı ilə A sinifli qəza bazanın ətrafında baş verib, yerə düşdükdən sonra hava gəmisi alışıb. Pilot katapult etməyi bacarıb, lakin hələlik onun səhhəti, eləcə də hadisənin səbəbləri barədə məlumat verilmir.
Bir F-35-in orta qiyməti 80 milyon dolları aşa bilər.