Modern.az

Lerikdə 59 yaşlı kişi pəncərədən yıxılıb öldü

Lerikdə 59 yaşlı kişi pəncərədən yıxılıb öldü

Hadisə

30 İyul 2026, 14:32

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evdə hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Whatsapp
Bizə yazın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib