Modern.az

"Port Baku"da binada yanğın olub - YENİLƏNİB

"Port Baku"da binada yanğın olub - YENİLƏNİB

Hadisə

31 İyul 2026, 19:15

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

****

Bakının mərkəzində yerləşən "Port Baku" yaşayış kompleksində güclü yanğın başlayıb.

Modern.az xəbər verir ki, yanğın binanın yuxarı mərtəbələrində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada