Arxiv
28 May 2020, 09:06 | HADİSƏ
Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT

Azərbaycanlı həkim, tibb elmləri doktoru Adil Qeybulla Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

Modern.az-ın məlumatına görə, A.Qeybulla müraciətində xatırladıb ki, COVID-19 ştamı ilə bağlı hələlik dünyada müşahidə edilən mənzərə ürəkaçan olmasa da, iri əczaçılıq şirkətləri, ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutu vaksin və spesifik dərman preparatlarının yaradılması üzərində ciddi intensiv iş aparmaqdadır.

“Hemorragik qızdırma törədən Ebola qızdırması zamanı istifadə olunan Remdesevir preparatından tutmuş və monoklonal antitellərə qədər müxtəlif dərmanların tətbiqi ünlü virusoloqlar, molekulyar biologiya mütəxəssisləri, genetiklər, infeksionistlər tərəfindən ciddi şəkildə araşdırılır. Hələlik real nəticə ortada yoxdur.
Pandemiyanın ötən dövrünün retrospektiv təhlili göstərir ki, sərt karantin tədbirlərinin məqsədəuyğunluğuna inam getdikcə sarsılmaqdadır. Çin təcrübəsi göstərdi ki, bütün dünya üzrə bu tədbirlər eyni anda başlasa və sərt şəkildə həyata keçirilsəydi, bu gün biz virusun adı keçən ştamı haqda keçmiş zamanda danışa bilərdik. Amma biz qloballaşan dünyada yaşayırıq. Uçaqla bir neçə saata minlərlə kilometr məsafə qət etmək imkanı virusun qısa müddətdə dünyanın hər yerinə daşınmaq şansı yaradır”.

A.Qeybullanın sözlərinə görə, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan işlər göstərdi ki, tətbiq eilən karantin şəraiti iki əsas istiqamətdən ibarət oldu.

“Birincisi hissə, karantin şərtləri adlandırıla bilər ki, bunalr evdə qalmaq, sosial izolyasiya, fərdi və sistemli dezinfeksiya tədbirlərini əhatə edir. Digər hissə, karantin davranışları adlandırıla bilər. Karantin davranışlarına sosial məsafə gözləmək, maska taxmaq (ağız və burun dəliklərini bağlamaqla xəstə şəxsdən nəfəs aerozoulunun xaricə atılmasını əngəlləmək və virusun sağlam adamın nəfəs yollarına düşməsinin qarşısını almaq), əllərin sabunla isti su altında yuyulması və dezinfeksiyası aid edilə bilər.
Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımız tərəfindən sözün həqiqi mənasında iqnor olunub.

Yoluxma dinamikasında nəzərə çarpan artım qeyd olunur, ölüm halları da hləlik epizodik şəkildə olsa da, artmaqdadır. Qarşıdan yay gəlir. İnsanların gözləniən istidən qaçaraq ölkə üzrə rayonlara istirahət səfərləri qaçılmazdır. Bu isə virusun rayonlara transferinin intensivləşməsi deməkdir. Yoluxma sayının artması, infeksiyanın yayılma coğrafiyasının genişlənməsi və bütövlükdə epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır”.

“Nə etməli” sualına A.Qeybulla müraciətində belə cavab verib:

“Düşünürəm ki, qarşıdakı isti yay aylarında karantin tədbirlərinin sərtləşdirilməsi dözülməz olardı. Digər tərəfdən, sərt karantin tədbirləri görülsə belə, SMS icazələrindən sui-istifadə təcrübəsi ortadadır. Belə olarsa, yenə də insanlar bir-birinə qonaq getmək, evlərdə ziyafətlər təşkil etmək, həyətə düşüb söhbət etmək, domino oynamaq, çay içmək, liftdən sürəkli istifadə və s. sui-istifadə yolları ilə infeksiyanın yayılmasına nədən olacaqlar.
Ən mühümü karantin davranışlarının sərtləşdirilməsidir. Bu istiqamətdə maarifləndirmə işləri qənaətbəxş hesab edilə bilməz. Verilən informasiyalar, sadəcə, konstatasiya xarakteri daşıyır. Bu istiqamətdə fəaliyyətə yenidən baxılmalıdır. Ya biz bu yolla yoluxma sayını azalda və ağırlaşma, ölüm hallarını minumumda saxlaya bilərik, ya da kollektiv (kütlə) immunitetinə doğru gedəciyik. Kollektiv immunitetin yaranması üçün ən azı 70% əhalinin yoluxması tələb olunur ki, virus tədricən yoxa çıxa bilsin. Bu isə paralel olaraq ciddi itkilər deməkdir”.

Adil Qeybulla bəzi təkliflər irəli sürüb:

“1. Sosial həyatın canlanması və qadağaların ləğvi fonunda karantin davranışlarına (sosial məsafə gözləmək, maska taxmaq, əllərin mütəmadi sabunla yuylması və dezinfeksiya tədbirləri) əməl edilməsinə nəzarətin ciddiləşdirilməsi və sərt qaydaların tətbiqi; Artan xəstə sayı yoluxma mənbəyinin genişlənməsi, itkilərin artması və böyük məsrəflər deməkdir! Karantin davranışlarına sayğısız yanaşmaq genofondun sağlamlığına qəsd deməkdir!

2. Xaricdən ölkəmizə gətirilən vətəndaşlarımıza selektiv yanaşmaq, xəstəlik şübhəsi olanları karantinə, xəstələri müalicəyə götürmək, xəstəlik əlaməti olmayanları və test cavabı mənfi olanları sahə həkiminin nəzarəti altında ev karantininə göndərmək; hamını karantinə göndərməyə qəti ehtiyac duyulmur.

3. Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi”.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq” 13 İyul 2020, 16:09 Putin Ərdoğan Aya Sofya məbədini müzakirə etdilər 13 İyul 2020, 16:04 “Mülki əhali arasında itki yoxdur” - Nazirlik 13 İyul 2020, 16:01 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu 13 İyul 2020, 15:56 Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat YAYDI 13 İyul 2020, 15:50 Şəhid baş leytenantla vida mərasimi keçirilir - FOTO 13 İyul 2020, 15:44 Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi 13 İyul 2020, 15:38 Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: “Övladlarımızdan xəbər ala bilmirik” 13 İyul 2020, 15:33 Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib 13 İyul 2020, 15:28 115 kubalı həkim Azərbaycana gəldi 13 İyul 2020, 15:22 Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi 13 İyul 2020, 15:16 Nazirlikdən xəbərdarlıq - Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək   13 İyul 2020, 15:10 Polis Bakıda əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı 13 İyul 2020, 15:04 Lavrov Məmmədyarova ZƏNG ETDİ - Cəbhədəki vəziyyət müzakirə olundu 13 İyul 2020, 14:58 Şabranın bu bu kəndinə su çəkilir - FOTO 13 İyul 2020, 14:52 Təhsil İdarəsinə yeni rəis təyin olundu 13 İyul 2020, 14:46 Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO   13 İyul 2020, 14:40 Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09 Evin həyətində narkotik əkən tutuldu - FOTO 13 İyul 2020, 14:05 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir 13 İyul 2020, 14:00 ““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev 13 İyul 2020, 13:55 YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI 13 İyul 2020, 13:49 Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı” 13 İyul 2020, 13:43 Prezident: “Həlak olan hərbçilərimizin qisası alındı!” - YENİLƏNİB 13 İyul 2020, 13:40 Müdafiə Nazirliyinin rəsmisindən çağırış - “Düşmənin təxribatına inanmayın” 13 İyul 2020, 13:37 Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI 13 İyul 2020, 13:33 Sabahın hava PROQNOZU 13 İyul 2020, 13:30 Sabir Hacıyev: “Minsk qrupu işğalçı dövlətə təzyiq göstərə bilmir” 13 İyul 2020, 13:26