Bundesverdə xidmət edən əsgərlərin sayı 4000-dən çox artaraq 190,6 minə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 31 oktyabr tarixinə Almaniya silahlı qüvvələrində 190.600 aktiv hərbçi var idi, sentyabr ayının sonunda bu rəqəm 186.200 idi. Ötən ilin oktyabr ayı ilə müqayisədə Bundesver şəxsi heyətinin sayı təxminən 6400 nəfər artıb.
Müdafiə naziri Boris Pistorius bildirib: "Bu il biz işə qəbul məqsədlərimizə çatırıq və hətta onları aşırıq. Bu, tədbirlərimizin işə yaradığını açıq şəkildə göstərir".
Silahlı Qüvvələr Qanununa əsasən, bu il üçün Bundesver şəxsi heyətinin hədəf sayı 186.000-190.000 nəfərdir. 2035-ci ilə qədər ordunun sayının 255.000-270.000 nəfərə çatdırılması və NATO-nun şəxsi heyətinə olan tələblərin ödənilməsi planlaşdırılır.
Yanvar ayından bəri, könüllü hərbi xidmətin yeni sistemi çərçivəsində, 18 yaş və yuxarı gənclərə orduda xidmət etmək istəkləri barədə sorğu anketləri göndərilib. Oktyabrın sonuna qədər hakimiyyət orqanları təxminən 558.500 sorğu anketi göndərib. Kişilərin təxminən 97%-i sorğunu cavablandırıb və ümumilikdə, sorğuda iştirak edənlərin təxminən beşdə biri hərbi xidmətə maraq göstərib.