Modern.az

Şəmkirdə evdən kişi və qadın meyitləri tapıldı - YENİLƏNİB

Şəmkirdə evdən kişi və qadın meyitləri tapıldı - YENİLƏNİB

Hadisə

Bu gün, 10:08

Şəmkirdə evdən iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatları məlum olub.

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisənin qətl olduğu bildirilir.

İlkin məlumata görə, meyitləri tapılan rayon sakini 1968-ci il təvəllüdlü R.Mustafayev onun birgə yaşayan 1986-cı il təvəllüdlü Y.Süleymanovanın aralarında mübahisə baş verib.

Bu zaman kişi qadının başına küt alətlə zərbələr endirib. Qadın hadisə yerində ölüb. R.Mustafayev qadın öləndən sonra özünə kəcisi alətlə xəsarət yetirib. O da hadisə yerində həyatını itirib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma gedir.

***

16.11.2026, 21:31

Şəmkirdə bir evdən iki meyit tapılıb.

Modern.az xəbər verir ki, hadisə Varlı Həyat kəndində qeydə alınıb.

Evlərdən birində bir kişi və qadının meyiti aşkarlanıb. Onların hansı səbəbdən öldüyü bəlli deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu