Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
"Chevrolet Niva" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Daşkəsən rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov İlyas İlham oğlu hadisə yerində ölüb.
1981-ci il təvəllüdlü Məmmədov Əziz Kamran oğlu isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.