Modern.az

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə

Bu gün, 22:05

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Əliyev Allahverən Alış oğlu yolu keçmək istəyən zaman "Mersedes" markalı avtomobil onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi