Modern.az

Ağdaşda avtomobil aşdı, sürücü öldü

Ağdaşda avtomobil aşdı, sürücü öldü

Aktual

6 İyun 2020, 20:34

Ağdaş rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobilin sürücüsü adı çəkilən kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində xəsarət alan sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı