Modern.az

Azərbaycanda daha 336 nəfərdə koronavirus tapıldı - 5 nəfər öldü

Azərbaycanda daha 336 nəfərdə koronavirus tapıldı - 5 nəfər öldü

Hadisə

12 İyun 2020, 17:10

Azərbaycanda 336 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

Qeyd edək ki, son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb, ümumilikdə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 368 254 olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı