Modern.az

Eks-mətbuat katibinə AzTV-də vəzifə verildi

Eks-mətbuat katibinə AzTV-də vəzifə verildi

17 İyun 2020, 17:11

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub.

Bəzi məlumatalara görə, onun yerinə keçmiş Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov təyinat alıb.


Məsələ ilə bağlı Modern.az-a açıqlama verən N.Həsənov məlumatı təkzib edib:

“Mən iyunun 1-dən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müaviniyəm. Mübariz Aslanov kollektivlə bu gün vidalaşıb. Hələ ki onun yerinə təyinat olmayıb. Mən isə öz işimdəyəm”.

Namiq Həsənov əvvəllər “7 gün”, “Bizim əsr” qəzetlərində çalışıb, “Lider” TV-də aparıcı işləyib. Daha sonra uzun müddət Nəqliyyat Nazirliyinin katiblik rəisi – mətbuat katibi vəzifəsində çalışıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı