Arxiv
26 İyun 2020, 10:47 | ÖLKƏ
Türkiyə və Azərbaycan arasında uçuşlar BAŞLAYIR - Tarix açıqlandı

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşların tarixi məlum olub.

 

Bu barədə Modern.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

 

Bildirilib ki, 1 iyul 2020-ci il tarixdən başlayaraq həftədə iki dəfə Türk Hava Yollarının (THY) və Azərbaycan Hava Yollarının (AZAL) İstanbul-Bakı istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. THY-nın uçuşları çərşənbə və cümə, AZAL-ın uçuşları isə cümə axşamı və şənbə günləri təşkil ediləcək.

 

"Uçuşlardan başda tələbələr olmaqla Türkiyədən Azərbaycana gəlmək istəyən Azərbaycan Respublikası vətəndaşları, eləcə də Azərbaycan Respublikasında müvafiq yaşayış icazəsi olan, biznes sahibi və ya qohumluq əlaqələri olan Türkiyə Respublikası vətəndaşları istifadə edə biləcək.

Həmçinin Azərbaycandan Türkiyəyə getmək istəyən Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşları uçuşlardan istifadə edə biləcək", - deyə səfirlikdən bildirilib.

 

Qeyd olunub ki, uçuşlardan istifadə etmək üçün bəzi şərtlərə əməl edilməlidir:

 

"Uçuşlardan istifadə etmək üçün Türkiyə Respublikası və Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilən qurumlarda uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçiməli və mənfi nəticə əldə edilməlidir. Testi harada edəcəyiniz haqqında məlumatı THY və AZAL-dan ala bilərsiniz".

 

Digər şərtə görə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana səyahət edən bütün şəxslər təyinat nöqtələrində qalacaqları ünvanlarda 14 gün ərzində özlərini təcrid etmək məcburiyyətindədirlər.

 

Aviabilet satışına gəlincə, bildirilib ki, biletlərin satışı onlayn həyata keçiriləcək.

 

"COVİD-19 pandemiyası dövründə həm təyyarələrdə, həm də hava limanlarında xüsusi tədbirlər görülmüş və xüsusi qaydalar tətbiq olunur. Bütün vətəndaşların riayət etməli olduqları bu qaydalar THY və AZAL-ın rəsmi internet səhifələrində yayımlanmışdır, bu məsələ ilə bağlı təlimatların səfərdən əvvəl diqqətlə nəzərdən keçirilməsi tövsiyyə olunur.

 

Qeyd edilən uçuşlarla bağlı ətraflı məlumatı THY-nın www.turkishairlines.com internet ünvanı və +994124048849, +902124440849 nömrələri, AZAL-ın www.azal.az internet ünvanı və +994125988880 nömrələri vasitəsilə əldə edə bilərsiniz", - deyə Türkiyənin Bakıdakı səfirliyindən bildirilib.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 2 koronavirus xəstəsi həbs olundu 14 Avqust 2020, 13:26 Aparıcıdan Paşinyana SƏRT SUALLAR: “Azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyəcəksinizmi?” 14 Avqust 2020, 13:26 Sabahın hava proqnozu 14 Avqust 2020, 13:08 ““Səhər” yeganə proqram idi ki, burada rüşvət deyənin nəinki əlini, dilini də kəsirdilər”  - MÜSAHİBƏ 14 Avqust 2020, 13:02 Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər - Nazirlik 14 Avqust 2020, 12:56 “Bandotdel”dən silah ƏMƏLİYYATI 14 Avqust 2020, 12:50 İcra nümayəndəsinin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 12:44 Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan olundu - SİYAHI 14 Avqust 2020, 12:38 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi 14 Avqust 2020, 12:32 Azərbaycanda 83 körpə ev şəraitində doğulub 14 Avqust 2020, 12:26 Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06