Modern.az

Bakıda 30 yaşlı kişi bıçaqlandı

Bakıda 30 yaşlı kişi bıçaqlandı

4 İyul 2020, 09:15

Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb.

Modern.az-ın məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N. Ağayevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

 

Sabunçu rayon Polis İdarəsinin 15-ci il Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir