Modern.az

AzTV əməkdaşı İTV-dəki futbol şərhçilərini tənqid etdi: “Bu nə ifadədir?”

AzTV əməkdaşı İTV-dəki futbol şərhçilərini tənqid etdi: “Bu nə ifadədir?”

İdman

Bu gün, 11:30

Hazırda bütün idman azarkeşlərinin diqqəti ABŞ, Kanada və Meksikada davam edən 2026-cı ilin futbol üzrə Dünya Çempionatına yönəlib. Dünya miqyaslı bu turnir təkcə meydandakı oyunlarla deyil, həm də yayımlar və şərhçiliklə bağlı müzakirələrlə gündəmdədir.

Azarkeşlər xüsusilə matçların şərh tərzi, analitik yanaşma və canlı yayımlarda təqdim olunan ekspert rəylərinin keyfiyyəti barədə fikir bildirirlər. Yeni texnologiyalar və geniş yayım imkanları sayəsində şərhçilik daha da interaktiv xarakter alıb, tamaşaçılar isə oyunu daha dərindən anlamağa çalışırlar.

Bu baxımdan 2026-cı ilin Dünya Çempionatı həm idman baxımından, həm də media və şərhçilik mədəniyyəti üçün yeni bir mərhələ kimi qiymətləndirilir.

Azərbaycanda Dünya Çempionatının oyunları İctimai Televiziya (İTV) ilə yayımlanır. Oyunlar İTV və “CBC Sport” telekanallarının əməkdaşları tərəfindən şərh olunur.

İTV-dəki şərhçiliklə bağlı sosial şəbəkəlırdə müxatəlif fikirlər qeyd olunur. Onu bəyənənənlər də var, tənqid edənlər də.

Modern.az-ın məlumatına görə, tanınmış telejurnalist, AzTV-nin əməkdaşı Azər Qismət azərbaycanlı şərhçiləri tənqid edərək bəzi tövsiyələrini bildirib.


“Futbol üzrə Dünya Çempionatı gedir. Baxmıram. Ümumiyyətlə, baxan deyiləm və bununla qürur duymuram. Sadəcə, ürəyimdən keçmir. O gün dedim, baxacam. Lakin bəzi futbol şərhçilərinin bəzi ifadələri bir az sinirimi zədələdi.

"Topun arxasına keçdi". Əzizim, bu nə ifadədir?

"Futbolçu yerə yıxıldı". Yəqin göyə yıxılmaq da var. Sadəcə, demək lazımdır ki, yıxıldı. Aydın məsələdir ki, yerə yıxılır.

Bir ifadə var, o lap gül vurur. "Topu asma zərbə ilə ötürdü". Asma nədir? Stadionda asma körpü qurulub? Havadan ötürmə deyəndə nə olur ki?

"Futbolçular meydançaya daxil olur". "Meydança" sözünü o qədər işlədirlər ki. Futbol meydanı olur. Meydança eni və uzunu kiçik əraziyə deyilir. Məsələn, voleybol meydançası.

Bir də nə olar, top kimdədirsə, kimə ötürülərsə, adları tez-tez çəkməyin. Tamaşaçı bunu görür. Sanki belə şərhlər gözdən əlil tamaşaçılar üçün nəzərdə tutulur. Əgər doğrudan da onlar üçün nəzərdə tutulursa, ayrıca şərhlər olur. Dünyada belə təcrübə möbcuddur. Ya da ötən əsrin 30-40-cı illərində radio dinləyiciləri üçün nəzərdə tutulurdu ki, meydanda baş verənləri görə bilmirlər.

Bir də məncə, əlbəttə, subyektiv fikrimdir, futbolçunun ad-soyadını çəkəndə, bunu ingilis, brazil, ya portuqal ağzı ilə deməyə ehtiyac yoxdur.

Çox qəribə ifadələr eşitdim, xatırladıqlarım bunlar oldu”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV