Modern.az

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanı

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanı

İqtisadiyyat

Bu gün, 11:22

2026-cı ilin yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 faiz azalaraq 10 milyon 556,4 min ton təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, nəql edilən neftin 76,8 faizi Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin payına düşüb.

Hesabat dövründə BTC kəməri ilə ümumilikdə 10 milyon 556,4 min ton neft nəql olunub. Bunun 82,4 faizini və ya 8 milyon 700 min tonunu Azərbaycanda hasil edilən neft, 17,6 faizini və ya 1 milyon 856,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV