Modern.az

Saakaşvili teleaparıcını partiyasına yeni sədr seçib

Saakaşvili teleaparıcını partiyasına yeni sədr seçib

Dünya

Bu gün, 11:33

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili müxalifətdəki Vahid Milli Hərəkat partiyasının sədrliyinə teleaparıcı Nanuka Jorjolianinin namizədliyini irəli sürüb.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili partiyanın rəhbər orqanlarının səlahiyyət müddətinin iyul ayında başa çatacağını bildirib. O vurğulayıb ki, bu səbəbdən hakimiyyətin mümkün müdaxiləsini istisna edən şəffaf və demokratik seçkilərin keçirilməsi vacibdir.

Sabiq prezidentin sözlərinə görə, Vahid Milli Hərəkatı qarşıda kosmetik deyil, fundamental dəyişikliklər gözləyir. O qeyd edib ki, Nanuka Jorjoliani partiyaya rəhbərlik etmək üçün zəruri olan təcrübəyə, enerjiyə və baxışlara malikdir.

Saakaşvili eyni zamanda partiyadaxili seçkilərin açıq səsvermə yolu ilə keçirilməsinə çağırış edib. O, bütün namizədləri seçki prosesində iştirak etməyə dəvət edərək bildirib ki, bu yarış şəxslər arasında deyil, ideyalar və proqramlar arasında rəqabət olmalıdır.

Mixeil Saakaşvili əlavə edib ki, əgər Nanuka Jorjoliani seçkilərdə qalib gələrsə, o, partiyada islahatları həm veteran üzvlərlə, həm də yeni qoşulan partiya üzvləri ilə birlikdə həyata keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV