Modern.az

Messinin maaşı azaldılacaq

Messinin maaşı azaldılacaq

7 İyul 2020, 16:28

“Barselona”nın rəhbərliyi argentinalı forvard Lionel Messinin maaşını azaltmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə “El Chiringuito TV”nin “Twitter” hesabında yazılıb.

 

Mənbə qeyd edir ki, klubun prezidenti Jozep Bartomeu qərarı barədə komandanın kapitanına məlumat verəcək.  Argentinalı hücumçunun nə qədər pul itirəcəyi hələ dəqiqləşdirilmir.

 

Hazırda “Barselona” Messiyə ildə 90 mln avro ödəyir, lakin bu vəsaitin yarısı vergilərin ödənilməsinə sərf olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok