Arxiv
9 İyul 2020, 16:28 | AKTUAL
Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO

Ötən il smart-kart tipli sayğacların alınmasına dair keçirilən açıq müsabiqədə (tender) qalib gələn Almaniyanın “Zenner” şirkətinin istehsalı olan smart kart tipli müasir sayğacların 200 ədədi Azərbaycana gətirilib.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyinin (İB)İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

 

C.Səfərov qeyd edib ki, yaxın günlərdə pilot layihə çərçivəsində bu sayğacların test sınaqlarına başlanılacaq:

 

"Məlumat üçün bildirək ki, bu günə qədər istismarda olan smart-kart tipli sayğacların istehsalçısı Fransanın “İtron-Gallus” şirkəti son açıq müsabiqədə qalib gəlməyib. Almaniyanın “Zenner” şirkətinin təqdim etdiyi bəzi məqamlar diqqət çəkib və onlar üstünlük qazanıblar. Belə ki, innovativ texnologiyalara inteqrasiya, təklif olunan münasib qiymət sərfəli şərtlər kimi qəbul olunub. Bundan başqa “Azəriqaz” İB-nin mütəxəssislərinin tövsiyələrinə də adı çəkilən şirkət müsbət reaksiya verib".

 

Onun sözlərinə görə, Bakıya gətirilən yeni smart-kart tipli sayğaclarda təmin olunan texniki tələblər aşağıdakılardan ibarətdir:

 

"Əvvəlki istehsalçıdan fərqli olaraq, “Zenner” qaz ölçü qurğularının proqram təminatını “Azəriqaz” İstehsalat Birliyinə təhvil verəcək. Üzərində son tamamlanma işləri aparılan Milli Proqram yeni sayğaclarda baş verməsi ehtimal olunan istənilən nasazlığı dərhal aradan qaldırmağa imkan yaradır. Bu proqram əsasında bundan sonra da istənilən şirkətlə əməkdaşlıq edilərsə, texniki idarəetmə imkanları Birlikdə qalacaq. Hər bir sayğacın kartı üzərində gələcək. Qurğu abonentin ünvanında quraşdırılarkən, kartın tanıdılması yerində icra ediləcək və abonent “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə cəmi bir dəfə - məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək. Bununla da hazırda abonentlərin qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq.

 

Yeni qaz ölçü qurğusunun menyusunda əməliyyatlar sadələşdirilib. Bütün əməliyyatlar iki toxunuşlu (sensor) düymə vasitəsi ilə aparılır. Məsələn, balans artırılarkən, “A” düyməsi basılır, kart sayğaca yaxınlaşdırılır və “B” düyməsi basılmaqla vəsait sayğaca yüklənilir. Bundan başqa əvvəlki smart kartlardan fərqli olaraq yeni sayğacların kartlarında məbləğ qaldığı halda belə 5 dəfə ardıcıl yükləmə aparmaq mümkündür. Yəni, əgər kartınızda 5 manatlıq vəsait varsa, onun üzərinə daha 5 manatın yüklənməsi üçün əvvəlki məbləğin sayğaca boşaldılmasına ehtiyac qalmır.

 

Kredit qaz həcminin alınması da sadə üsulda icra edilir. Menyuda uyğun bölmə seçildikdən sonra bir toxunuşla kredit götürülür və dərhal sayğacın klapanı açılır. Bunun üçün başqa menyulara daxil olub hər hansı əlavə əməliyyat yerinə yetirilmir. Daha bir fərqli cəhət, klapanın açılması üçün əvvəlki sayğaclardakı kimi kipliyə yoxlanışa tələb olunan 190 saniyə geri sayım bu sayğaclarda yoxdur.

 

Yeni smart kartlar əməliyyatların arxivləşmə mənbəyi kimi də mühüm rola malikdir. Belə ki, smart kart həm ödəniş və borclar, həm də nasazlıqlar barədə mərkəzi bazaya məlumatların ötürülməsi üçün əsas vasitə olacaq".

 

C.Səfərov qeyd edib ki, yeni sayğaclar barədə mütəmadi olaraq video görüntülü materiallar hazırlanaraq Birliyin sosial şəbəkə ünvanlarında və mətbuatda ardıcıl yayımları təşkil ediləcək:

 

"Pilot layihənin icrası zamanı ortaya çıxan bəzi məqamlar müvafiq komissiyanın rəyindən sonra istehsalçı şirkətlə bir daha müzakirə edilə bilər.

 

Nəzərinizə çatdıraq ki, "Azəriqaz" İstehsalat Birliyi smart kart tipli sayğacların alışından tam imtina etməyib. Çünki çoxmərtəbəli binalarda yalnız smart kart tipli sayğaclar quraşdırılır. Mexaniki sayğacların quraşdırılması isə əsasən rayon, kənd və yeni yaşayış massivlərindəki fərdi yaşayış evlərində həyata keçirilir".

 

Yeni sayğaclara dair video çarx: https://youtu.be/xlTdQd_xPxc

 

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36