Arxiv
16 İyul 2020, 16:58 | AKTUAL
Ceyhun Bayramov Xarici İşlər Naziri kimi ilk çıxışını etdi

Azərbaycanın yeni təyin olunan Xarici İşlər Naziri Ceyhun Bayramov ilk çıxışını edib.

 

Modern.az Ceyhun Bayramovun Xarici İşlər naziri təyin olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən videoformatda qəbulda çıxışını təqdim edir: 

 

“Möhtərəm Prezident, ilk növbədə, bu yüksək etimada görə mən Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Cənab Prezident, mən Sizi əmin etmək istərdim ki, bu gün burada səsləndirdiyiniz bütün fikirlər, Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair qeyd etdiyiniz bir sıra nöqsanlar və ölkəmizin strateji maraqlarının təmin edilməsi yönündə əsas istiqamətlər və vəzifələrlə bağlı olaraq sistemli və davamlı fəaliyyətin təmin edilməsi, həmçinin qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn bütün səyləri əsirgəməyəcəyəm.

 

Siz qeyd etdiyiniz kimi, bu sahə mənim üçün yeni olsa da, qısa müddət ərzində bütün bacarığımı və biliklərimi bu işə yönəldərək, vəziyyəti daha dərindən təhlil edəcək, bir sıra təklifləri diqqətinizə təqdim edəcəyik. Həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, eyni zamanda, bütün diplomatik nümayəndələrimizin və səfirliklərimizin birgə işi təmin ediləcək.

 

Qeyd etdiyiniz kimi, əsas məqsəd ölkəmizin strateji maraqlarının təmin edilməsi, onların qorunmasıdır. Fəaliyyətimizi son illər ərzində ölkəmizin Sizin rəhbərliyinizlə artan beynəlxalq imicinin və nüfuzunun daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın sözünün daha da gur eşidilməsi istiqamətində quracağıq.

 

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim ki, məni Təhsil naziri təyin etdiyiniz müddət ərzində bu sahəyə olan diqqət və qayğınızı bütün təhsil işçiləri hər zaman hiss ediblər. Bu müddət ərzində Sizin imzaladığınız çoxsaylı sərəncamlar və dövlət proqramları nəticəsində yüzlərlə yeni məktəb binaları tikilib, təhsil infrastrukturu müasirləşdirilib, təhsil işçilərinin əməkhaqları yüksəldilib, onların sosial vəziyyəti davamlı şəkildə yaxşılaşdırılıb, tələbə yerlərinin sayı artırılıb.

 

Fürsətdən istifadə edərək, bütün təhsil ictimaiyyəti adından buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Bir daha qeyd etmək istərdim ki, mənə göstərdiyiniz yüksək etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Bütün səylərimi qarşıya qoyulan vəzifələrin icrasına, Sizin qeyd etdiyiniz məsələlərin sistemli şəkildə həllinə yönəldəcəyəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22 Qatarın reysdən çıxması 3 nəfərin həyatına son qoydu: 6 yaralı var   12 Avqust 2020, 21:08 Bakı SMS-lə icazə sisteminin ləğvindən sonra - FOTOLAR 12 Avqust 2020, 20:49 XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB 12 Avqust 2020, 20:32 Türkiyəli generallar AZƏRBAYCANDA 12 Avqust 2020, 20:15 OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb 12 Avqust 2020, 20:03