Modern.az

Pakistan Senatının üzvü Azərbaycana dəstək məktubu yolladı

Pakistan Senatının üzvü Azərbaycana dəstək məktubu yolladı

Aktual

24 İyul 2020, 18:36

"Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlanıb. Məktubumuz Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılıb".

 

Bu barədə Modern.az-a Azərbaycan Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi qrupunun rəhbəri Qənirə Paşayeva deyib. Qrupun rəhbəri bildirib ki, senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə edib:

"Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınamış, General Mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev başda olmaqla qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilədiklərini bildirmişlər. Qardaş Pakistan daima olduğu kimi bir daha Azərbaycanla birlikdə olduğunu ifadə etmişdir .Qardaş Pakistana bir daha təşəkkür edirik!"

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir