22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
8 Avqust 2020, 22:17 | PARLAMENT
“Silahın hansı yolla Ermənistana satılması aydınlaşdırılmalıdır” - Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycan prezidenti İlham Əliyevə zəng  etməsi  barədə Modern.az-a müsahibə verib.

- Cavanşir müəllim, mətbuatda da yazıldığı kimi Serbiya prezidenti Azərbaycan prezidentinə zəng vurub və Tovuz hadisələrində Serbiyanın Ermənistana silah satması ətrafında aşkarlanmış faktla bağlı öz təəssüfünü bildirib. Sizcə, edilən zəng hansı mənanı ifadə edir? Bizimlə düşmən olan ölkəyə silah satıb həmin silahdan Azərbaycana qarşı istifadə edildikdən sonra Serbiya prezidentinin Azərbaycan prezidentinə zəng vurmasını necə qiymətləndirmək olar?


- Serbiya prezidentinin Azərbaycan prezidentinə zəng vurması siyasi cəhətdən tam yetkin və məntiqli addımdır. Baş vermiş insidentdən sonra Serbiya rəhbərliyinin Azərbaycan prezidenti ilə dərhal əlaqəyə girməsi gözlənilən idi. Görünür ki,  keçən günlər ərzində Serbiya siyasi hakimiyyəti hadisələri ölçüb-biçib dəyərləndirərək sonda doğru nəticəyə gəliblər. Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Dünyanın digər ölkələrində də bu kimi hadisələr baş verir. Burada o qədər də qeyri-adi bir şey yoxdur. Bütün ölkələr öz aralarında müəyyən ticarət əlaqələrində bulunurlar. O cümlədən silah-sursat ticarəti də ölkələr arasında geniş yayılmış ticarət növüdür. Sadəcə Serbiyanın Azərbaycanla strateji tərəfdaş olduğunu nəzərə alaraq və Serbiya hakimiyyətinin Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu bilərək Ermənistana silah satması təəccüb və təəssüf doğurur. Ona görə də bu zəng həmin faktların araşdırılması və dəyərləndirilməsi üçün çox pozitiv başlanğıc addımdır.

 

- Telefon danışığında qeyd olunub ki, Serbiyadan yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək və bu faktın araşdırılması ilə məşğul olacaqlar. Sizcə belə bir araşdırmaya ehtiyac varmı? Əgər araşdırılma olacaqsa bu bizə nə verəcək?

 

- Hər bir insident araşdırılmalıdır. O cümlədən də sözü gedən insidentin detalları maraqlı tərəflər arasında müzakirə yolu ilə araşdırılmalıdır. Serbiyadan gəlməsi nəzərdə tutulan nümayəndə heyəti çox güman ki hərbi mütəxəssislərdən ibarət olacaq. Eyni zamanda, silahın hansı yolla, hansı şərtlərlə və hansı şəraitdə Ermənistana satılması da aydınlaşdırılmalıdır. Ola bilər ki Serbiya birbaşa Ermənistana silah satmayıb və ya Serbiyada istehsal olunmuş silahın üçüncü ölkələr tərəfindən alınması da mümkün variantlardan biridir. Ola da bilər ki Serbiya birbaşa bu silahı Ermənistana satıb. Bütün bu məsələləri araşdırmaq və səbəblərini aydınlaşdırmaq, eləcə də, izahat vermək üçün Serbiyadan  yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinə ehtiyac var. Bu tamamilə doğru qərardır. Belə hesab edirəm ki, Serbiyanın nümayəndə heyəti Azərbaycana gələndən və mütəxəssislərlə görüşüb araşdırmalarını başa çatdırdıqdan sonra bu silahın hansı yolla necə və nə məqsədlə Ermənistana gəlib çıxması hamıya aydın olacaq.


-Bu insidentdən sonra Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin perspektivini necə dəyərləndirə bilərsiniz? Gələcək münasibətlərimiz hansı istiqmətdə inkişaf edə bilər?

 

- Hesab edirəm ki, belə insidentlər ötəri hallardır. Bu halda insidentin bayaq qeyd etdiyim kimi hər iki tərəfdən təşkil olunmuş nümayəndə heyətləri arasında müzakirə olunub çözüləcəyinə inanıram. Serbiya-Azərbaycan münasibətləri olduqca  böyük perspektivlərə malikdir. Serbiya Avropa qitəsində Azərbaycanın strateji tərəfdaşlarından biridir. Gələcəyə hesablanmış  Azərbaycan-Serbiya münasibətlərinin  bugünkündən daha yüksək səviyyədə qurulmasına ehtiyac var. Hesab edirəm ki, hər iki ölkənin siyasi hakimiyyəti özlərində güc tapıb bu faktı araşdırıb onun mənfi və müsbət tərəflərini dəyərləndirdikən sonra münasibətlərin yeni səhifədən başlanması və bugünkü səviyyədən daha yüksək səviyyəyə qaldırılması da mümkündür. Siyasətdə incimək, küsmək anlayışına yer yoxdur. Siyasətdə maraqlar anlayışı var. Biz də öz maraqlarımızı daha dolğun təmin etmək üçün  emosional yox, praqmatik olmalıyıq. Əminəm ki, belə də olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” QSC-nin istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 “Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək” 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06 Ceyhun Bayramov protokol idarəsinə yeni rəis TƏYİN ETDİ 22 Sentyabr 2020, 12:00 Koronavirusa görə bağlanan bazar yenidən AÇILDI 22 Sentyabr 2020, 11:55