Modern.az

Sabirabadın icra başçısının müavinini avtomobil vurdu

Sabirabadın icra başçısının müavinini avtomobil vurdu

9 Avqust 2020, 22:21

Sabirabadda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil Sabirabad rayon İcra Hakmiyyəti başçısının 2-ci müavini Vahid Həsənovu vurub. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu