Modern.az

Bu SMS-lər telefondan dərhal silinməlidir

Bu SMS-lər telefondan dərhal silinməlidir

Aktual

27 Avqust 2020, 20:23

Telefona gələn bəzi SMS ismarışlar dərhal silinməlidir.

Modern.az xəbər verir ki, bu barədə “Sinerqiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir.

Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar.

“Onlar birdəfəlik istifadə üçün olsalar da, fırıldaqçılar istifadə edə bilərlər”, - deyə ekspert bildirib.

S.Kosarev, həmçinin telefondakı hansı SMS-lərin saytlardan parolları özündə ehtiva etdiyini xatırlamağı məsləhət görüb.

Ekspert bildirib ki, mesajları təmizləməkdən başqa telefondakı məlumatların parol ilə qorunmasına diqqət yetirilməlidir:

“Bu barmaq izi, Face ID və ya rəqəmsal parol yolu ilə edilə bilər. Əsas odur ki, parolda 1, 2, 3, 4, 5 rəqəmləri olmasın. Bundan əlavə, telefon göz qabağında olsa belə kilidlənməlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi