Modern.az

Bu vitamin koronavirusun çoxalmasının qarşısını alır

Bu vitamin koronavirusun çoxalmasının qarşısını alır

Aktual

28 Avqust 2020, 13:40

Hindistanın Manipal Universitetinin və Regional Biotexnologiya Mərkəzinin alimləri B12 vitaminin koronavirusun çoxalmasını əngəllədiyini müəyyənləşdiriblər. 

 

Modern.az xəbər verir ki, sözügedən araşdırma “IUBMB Life” jurnalında yayımlanıb. Mütəxəssislər təbii məhsullar və dərmanlar arasında hansı molekulların SARS-Cov-2 genomunda olan və virusun çoxalmasına cavabdeh olan nsp12 polimerazasını əngəlləyə bildiyini öyrənmək üçün komputer simulyasiyaları aparıblar. Araşdırma nəticəsində məlum olub ki, B12 vitaminin kofermenti olan metilkobalamin virus hüceyrələrinin çoxalmasını dayandıra bilir.

 

“Bu maddə yoluxma hallarını azaltmaq və xəstəxanada təcili yardım göstərmək üçün tibb işçiləri, yaşlılar və ya xroniki xəstəliklərdən əziyyət çəkən qruplar üçün profilaktik vasitə olaraq təyin edilə bilər”, - deyə araşdırma məqaləsində qeyd olunub.

 

Bununla birlikdə, tədqiqatçılar COVID-19 xəstələri üçün müalicə protokollarında dəyişiklik edilməsi üçün bir sıra əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ