Modern.az

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başa çatdı

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başa çatdı

Aktual

1 Sentyabr 2020, 09:24

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən xəbərə görə, boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçi­rilmiş qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

 

Boş qalan yerlərə qəbul olmaq üçün 2186 bakalavr proqram və ixtisaslaşma seçimini təsdiq edib. Onlardan 2114-ü Azərbaycan, 72-si rus bölməsi üzrədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı