Arxiv
3 Sentyabr 2020, 08:40 | MEDİA
“Azərbaycan” Nəşriyyatı “reketlər”in məkanıdır - Orada səliqə yaratmağın vaxtı çatıb! - Tanınmış jurnalist

“Azərbaycan” Nəşriyyatının binası, burada mövcud olan antisanitar mühit mütəmadi müzakirələrə səbəb olur. Lakin son illərdə Nəşriyyatın acınacaqlı durumundan çox burada “reket jurnalistika” təmsilçisi olan redaksiyaların və mətbu orqanların yerləşməsi daha ciddi narahatlıq doğurub.


Ümumi olaraq, bu sual demək olar, hər kəsi düşündürür: “Azərbaycan” Nəşriyyatı müasir Azərbaycan mətbuatına hansı töhfəni verir? Bu gün üçün Nəşriyyatın fəaliyyəti nə dərəcədə önəmlidir?


Bu barədə Modern.az-a danışan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı diqqətə çatdırıb ki, Nəşriyyat zaman-zaman Azərbaycan mətbuatında bütün çap məhsullarının ərsəyə gəlməsi üçün mərkəz, sistemləşdirən təsisat rolunu oynayıb. Akif Aşırlının fikrincə, bu gün də sözügedən funksiyanı Nəşriyyat qismən yerinə yetirə bilir:


“Ölkənin bəzi aparıcı qəzetləri burada yerləşir. “Xalq” qəzeti istisna olmaqda digər dövlət qəzetləri Nəşriyyatdadır. Bəzi müstəqil qəzetlər, ayrı-ayrı saytların redaksiyaları burada yerləşib.

Bildiyiniz kimi, “Şərq” qəzetinin redaksiyası da buradadır və hesab edirəm ki, “Azərbaycan” Nəşriyyatında yerləşmənin üstünlüyü qəzetlərin çap və yayım sisteminin burada cəmləşməsindən keçir. Yəni, çap sexinin nəşriyyatın içərisində olması, qəzetlərin yayımı ilə məşğul olan firmaların burada yerləşməsi bizim üçün sərfəli və maddi cəhətdən də əlverişlidir. Əvvəllər belə idi, yazılar, məqalələr redaksiyada kağızdan sonra “plyonka”lara köçürülür, oradan nəşriyyata aparılırdı. Redaksiyalar şəhərin müxtəlif yerlərində olanda “plyonka”ları Nəşriyyata və ya digər mətbəələrə çatdırmaq çətinləşirdi.


Qeyd etdiyim kimi, qəzetin yayımı üçün də ən optimal yer “Azərbaycan” Nəşriyyatıdır. Çünki qəzetlərin vahid mərkəzdən paylanması buradan başlayır. Hazırda özəl mətbəələr də fəaliyyət göstərir. Lakin burada çap olunan məhsullar hansısa nəqliyyat vasitəsilə “Azərbaycan” Nəşriyyatına gətirilməli, bu binada yerləşən yayım firmaları arasında bölüşdürülməlidir. Nəhayət, məlum olur ki, redaksiya şəhərin başqa hissəsində yerləşdikdə, Nəşriyyata gedib-gəlmək vaxt və maliyyə itkisinə səbəb olur. “Azərbaycan” Nəşriyyatında çap mətbuatı üçün lazım olan hər şey əl altında olduğundan əlavə vaxt, maliyyə itkisi baş vermir”.


“Azərbaycan” Nəşriyyatında “reket” mətbu orqanların yerləşməsinə gəlincə, Akif Aşırlının sözlərinə görə, hazırda hansı qəzetin, hansı saytın “reket” olmasını müəyyənləşdirmək çətindir:


“Düzdür, bir çox qəzetin yazılarından, qeyri-obyektivliyindən bunu müəyyən etmək olar. Amma elə sayt və qəzetlər var ki, ayırd etmək çətindir. Heç kəs də ““sarı mətbuat”ın nümayəndəsiyəm” demir. Azərbaycan Nəşriyyatında vaxtilə belə bir seleksiya aparıldı. “Reket” mətbu orqanları Nəşriyyatdan çıxardılar. Hazırda mən bilmirəm ki, belə orqanlar qalıb, yoxsa yox. Lakin olsa belə, “reketlər”in sayı o qədər də çox deyil”.



Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə “Azərbaycan” Nəşriyyatında səliqə-sahman yaratmağın vaxtı çatdığını düşünür:


“Tale elə gətirib ki, peşəkar jurnalistika ilə məşğul olduğum 23 il ərzində bir gün də "Azərbaycan" Nəşriyyatında çalışmamışam. İşlədiyim redaksiyalar həmişə başqa ünvanlarda yerləşib. Nəşriyyata ayda-ildə bir dəfə yolum düşüb. Oradakı mühit həmişə məni sıxıb. Uzun illərdi Nəşriyyatda antisanitariya şəraiti hökm sürür. Orda mətbuata dəxli olan və olmayan yüzlərlə ofis yerləşir. Bəzən redaksiyaların adlarına göz gəzdirirəm. Azərbaycanda nə qədər "reket qəzet” varsa, hamısı "Azərbaycan" Nəşriyyatına yığışıb. Nəşriyyat "reket jurnalistlər”in məkanıdır. Düzdür, bu ünvanda hörmət elədiyim bir neçə qəzet də çıxır. Amma ümumi sayda "reketlər” çoxluq yaradır.


Nəşriyyatda elə qəzetlər var ki, ayda bir dəfə, 4 səhifə həcmində çıxır. Amma redaktoru 100 min manatlıq maşın sürür. Yaxşı ki, redaksiyamız orda yerləşmir. Hər gün bu insanlarla üz-üzə gəlmək ürəyimi bulandırardı. “Azərbaycan” Nəşriyyatı yağla şorun bir yerdə çalxalandığı nehrəni xatırladır.


Məncə, Nəşriyyatda səliqə-sahman yaratmağın vaxtı çatıb. "Reket qəzetlər”in hamısı Nəşriyyatdan qovulmalıdır. Dövriliyi olmayan qəzetləri yola salmaq lazımdır. Nəşriyyatda əsaslı təmir işləri aparmağa ehtiyac var. Yarıqaranlıq koridorlar "NKVD"nin dəhlizlərini xatırladır.


Elə mərtəbələr var ki, tualetin ağır qoxusu dəhlizə yayılıb. Jurnalist həmkarlarıma yazığım gəlir. Onlar niyə bu cür acınacaqlı şəraitdə işləməlidirlər? Bu biabırçılığa son qoyulmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başladı - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45 Ermənistanda həbslər başladı 27 Sentyabr 2020, 00:43 Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar 27 Sentyabr 2020, 00:24