Modern.az

“Ermənistan xəyali prioritetlər qurur”

“Ermənistan xəyali prioritetlər qurur”

16 Sentyabr 2020, 17:45

"Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirdəki bəyanatı təxribat xarakterli bəyanat kimi qiymətləndiriməlidir".

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda jurnalistlərin suallarını cavablandırkən deyib.

Nazir müavini bildirib ki, bu cür çıxışlar Ermənistanın bütün bölgəyə və xüsusilə də Türkiyəyə qarşı təcavüzkar siyasətinin məntiqi davamıdır:

“Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir. Nazir Mantsakanyanın Misirdəki çıxışı da növbəti qarayaxmadır. Ermənistan bu cür addımlarla özünün təcavüzkar siyasətini ört-basdır etmək niyyəti güdür".



Nazir müavini X.Xələfov bildirib ki, Ermənistanın siyasəti qonşulara qarşı ərazi iddialarına əsaslanan təcavüzkar siyasətdir:

"Onlar Gürcüstana, Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər".

Xələf Xələfov qeyd edib ki, Ermənistan rəsmilərinin bu cür bəyanatlarına qulaq asan ölkələr onların təcavüzkar olduğunu yaxşı bilir:

"Bu gün Azərbaycanın beynəlxalq xarici siyasətdə nüfuzu yüksəkdir. Ermənistan isə müstəqil deyil, digər üçüncü ölkələrin maraq və xarici siyasət alətidir. Ermənistan ona deyilən məsələləri, üzərinə qoyulan vəzifələri yerinə yetirmək üçün bu cür bəyanatlar verir. Azərbaycan öz torpaqlarını azad edəcək. Bizi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan vermərik. Bu sadəcə Ermənistanın xülyasıdır, onlar xəyali prioritetlər qururlar".

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir