Arxiv
18 Sentyabr 2020, 13:29 | AKTUAL
Azərbaycanda ilk dəfə - sığorta ekspertləri üçün imtahan keçiriləcək

Azərbaycanda aqrar sığorta üzrə müstəqil ekspertlərin seçimi və hazırlanması üzrə imtahanlar başlayır.

 

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondundan bildirilib.

 

Məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsinə qeydiyyat elan edib. 

Müstəqil ekspertlər ölkədə yaxın günlərdə işə düşəcək aqrar sığorta mexanizminin mühüm elementidir. Kənd təsərrüfatı heyvanları, əkinlər və məhsullar, eləcə də balıqların sığortalanması zamanı müstəqil ekspertlərin rəyi əsas götürələcək. Riskləri və hadisə zamanı dəyən zərərləri müstəqil ekspertlər müəyyən edəcək. Bu xidmətlər pullu olduğuna görə, müstəqil ekspert statusu qazanan şəxslər daimi gəlir mənbəyi əldə etmiş olacaqlar.

DİM-in elanına əsasən, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-dən 27-nə qədər aparılacaq.

İmtahanlar Bakıda və regionlarda DİM-in bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir. Şərtlərə əsasən, müstəqil ekspert statusunu almaq üçün imtahanlara baytarlıq, aqronomluq və əlaqəli ixtisaslarda ali və orta ixtisas təhsilə malik olan şəxslər qatıla bilərlər.

İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:

1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:

1-ci sertifikat növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;

2-ci sertifikat növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;

3-cü sertifikat növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanın I mərhələsində iştirak üçün ödəniş 9,.40 AZN-dir (ƏDV daxil olmaqla). “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir. 72 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanır.  Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısını Aqrar Sığorta Fondu DİM-ə göndərir və onlar təlim proqramları əsasında imtahanın II mərhələsində iştirak edirlər.

İmtahan barədə ətraflı məlumatları DİM-in internet səhifəsindən əldə etmək mümkündür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49