Modern.az

Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı...

Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı...

18 Sentyabr 2020, 17:24

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb. 

 

Modern.az xəbər verir ki, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub. 

 

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü