Modern.az

Məktəblərimizdə xarici dillərlə bağlı xoşagəlməz statistika  

Məktəblərimizdə xarici dillərlə bağlı xoşagəlməz statistika  

Təhsil

Bu gün, 15:41

2025-ci il üzrə buraxılış imtahanlarının nəticələri məktəblərdə xarici dil, xüsusilə də ingilis dili fənni üzrə göstəricilərin arzuolunan səviyyədə deyil.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunan "2025-ci il tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar"nda bildirilib.

Statistikaya görə, 2025-ci ildə 11-ci siniflərin buraxılış imtahanında 3270 məktəbin məzunları xarici dil fənni üzrə iştirak edib. Onlardan 820 məktəbdə imtahan verən məzunların sayı 10 nəfərdən az olduğuna görə təhlil əsasən digər məktəblər üzrə aparılıb.

Məlumata əsasən, məktəblərin 76,01 faizində ingilis dili fənni üzrə orta bal 30-70 bal intervalında olub. Məktəblərin 21,64 faizində orta bal 0-30, cəmi 2,36 faizində isə 70-100 bal aralığında qeydə alınıb.

Başqa sözlə, ölkə üzrə cəmi 51 məktəbdə ingilis dili üzrə orta nəticə 70 baldan yuxarı olub.

Həmin 51 məktəbin 32-si Bakı şəhərində yerləşir. Digər məktəblərdən 4-ü Sumqayıtda, 3-ü Naxçıvanda, 2-si Şirvanda, 2-si Zaqatalada, 2-si Şəkidə, hərəyə 1 məktəb isə Gəncə, Şəmkir, Balakən, Qax, Oğuz və Biləsuvar rayonlarında fəaliyyət göstərir.

DİM-in təhlilinə əsasən, rus dili üzrə nəticələr də yüksək olmayıb. Məktəblərin cəmi 1,54 faizində orta bal 70-100 intervalında qeydə alınıb. Məktəblərin 75,60 faizi 0-30, 22,86 faizi isə 30-70 bal aralığında nəticə göstərib.

Alman dili tədris olunan 40 məktəbdən 22-də orta nəticə 30 baldan aşağı olub. Cəmi bir məktəbdə orta bal 70-dən yüksək qeydə alınıb. Fransız dili tədris olunan məktəblərin isə 64,06 faizində orta nəticə 0-30, 35,94 faizində isə 30-70 bal intervalında olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır